SİYASƏT


EANA-nın “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusunda payız konfransı davam edir

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusuna həsr olunmuş payız konfransının növbəti panel görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasniqi təqdimatla çıxış edərək pandemiya şəraitində cəmiyyətin doğru xəbərə artan ehtiyacından, bununla yanaşı, reklam gəlirlərinin azalmasından danışıb.

Sonra Bosniyanın FENA xəbər agentliyinin direktoru Elmir Hurefoviç və Niderlandın ANP agentliyinin direktoru Martijn Bennis qısa təqdimatlarla çıxış ediblər.

Konfransda Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, EANA-nın baş katibi Aleksandr Giboi, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Xorvatiyanın HINA xəbər agentliyinin direktoru xanım Branka Qabriela Valentiç və başqaları iştirak ediblər. Görüşdə AZƏRTAC-ı Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri Süleyman İbrahimov təmsil edib.

Xatırladaq ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.