İQTİSADİYYAT
“ETİLEN-POLİETİLEN” ZAVODU SUMQAYITINİQTİSADİYYATINDA ƏHƏMİYYƏTLİ ROL OYNAYIR
Sumqayıtın “Etilen-polietilen” zavodu sabit işləyir. 1987-ci ildə istifadəyə verilən zavod ötən il maksimum həcmdə məhsul buraxmışdır ki, bu da şəhər üzrə istehsal olunmuş ümumi daxili məhsulun 42 faizi qədərdir.
Müəssisədən AZƏRTAC-ın müxbirinə demişlər ki, ötən il zavodun məhsulları keyfiyyətə görə 11 beynəlxalq mükafat almışdır. Bu uğurlar ümummilli liderimiz Prezident Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə quraşdırılmış buxar-generator qurğusunun səmərəli işi sayəsində qazanılmışdır. Özü elektrik enerjisi istehsal edən buxar-generator qurğusu təkcə bu zavodun deyil, bütövlükdə kimya müəssisələrinin bir çox ağrılı problemlərini həll etməyə imkan vermişdir.
Qurğunun tikilməsi üçün alınmış kreditin artıq 41,2 milyon dolları ödənilmişdir ki, bu da öhdəliklərə uyğundur.