İDMAN


“EYOF Bakı 2019”: cüdoçumuz yarımfinala vəsiqə qazanıb

Bakı, 24 iyul, AZƏRTAC

Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, oğlanların yarışında uğurla çıxış edən Turan Bayramov (60 kq) səkkizdəbir finalda Adam Saferini (Avstriya), dörddəbir finalda yunanıstanlı Mikis Tontimidisi ipponla məğlub edərək yarımfinala yüksəlib.

Şükran Zamanlı (55 kq) onaltıdabir finalda Portuqaliya təmsilçisi Migel Qaqo üzərində təmiz qələbə qazansa da, sonrakı mərhələdə macarıstanlı Benko Farkasın öhdəsindən gələ bilməyib.

Qadın güləşi üzrə Gülşən Bəşirova (44 kq) səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala adlayıb.

Digər təmsilçimiz İsmayıl Qənbərli (50 kq) səkkizdəbir finalda rusiyalı Sergey Mastriukova məğlub olub. Qadın cüdoçumuz Səbinə Əliyeva (48 kq) isə portuqaliyalı Raquel Britoya uduzub.

Festivalda 40 ölkədən 297 cüdoçu iştirak edir. Azərbaycan bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.

Yarışların birinci günündə qızlar 40, 44, 48, oğlanlar isə 50, 55, 60 kiloqram çəki dərəcələrində çıxış edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.