Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Education 2018” dünyanın 12 ölkəsindən 90-dan çox fakültəni təqdim edir VİDEO

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Education 2018” sərgisi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirərək 90-dan çox fakültəni təqdim edir.

AZƏRTAC xəbər verir ki, bu məlumatı XII Azərbaycan beynəlxalq təhsil sərgisi - “Education 2018” ilə bağlı oktyabrın 10-da Bakıda keçirilən mətbuat konfransında “Caspian Event Organisers”(CEO) şirkətinin rəhbəri Edvard Stron açıqlayıb.

O bildirib ki, beynəlxalq sərgi hər il aparıcı ali məktəbləri və orta ixtisas təhsili müəssisələrini, ixtisasartırma mərkəzlərini bir araya gətirir. Təhsil sərgisi hər kəsə həm ixtisas, həm də təhsil müəssisəsi seçmək üçün geniş imkan yaradan unikal platformadır. Sərgi Təhsil Nazirliyi ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı CEO şirkəti, baş sponsoru isə “Kapital Bank”dır.

Təhsil Nazirliyi geniş pavilyonla təmsil olunacaq

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli bildirib ki, sərgidə Təhsil Nazirliyi geniş pavilyonla təmsil olunacaq. Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara Hazırlıq Mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH” qrupları”, “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “IT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Sərgidə Təhsil Nazirliyi tərəfindən təşkil edilən stenddə Azərbaycan Dillər Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Bakı Dövlət Universiteti, Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Lənkəran Dövlət Universiteti və digər təhsil müəssisələri yer alır.

ADA Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Universiteti sərgidə öz stendləri ilə çıxış edəcək. Ümumilikdə, Azərbaycanın 18 ali təhsil müəssisələri sərgidə təmsil olunacaq.

Sərginin builki debütantları

Bu il “Dərs Evi” təhsil sahəsində fəaliyyət göstərən innovativ şirkət və “Sevimli Bala” uşaq bağçası sərgidə debüt edir, yerli “CELT Colleges” şirkəti isə xaricdə təhsil proqramı və həmçinin dil kursları ilə çıxış edir. 

“Education 2018” sərgisinin "Xaricdə təhsil" sektorunun daxilində Çex Respublikası, Gürcüstan, Latviya, Litva, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını təqdim edəcəklər. Litva (Study in Lithuania), Rusiya, Türkiyə (Study in Turkey) və Çex Respublikası öz təhsil ocaqlarında təhsil imkanlarının nümayiş olunduğu milli stendləri ilə təmsil olunacaqlar.

Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində, həyata keçirilən ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş "Gələcəyini qur!" gəncliyə dəstək layihəsi də sərgidə iştirak edir.

Geniş işgüzar proqram və ya hansını seçmək lazımdır?

Təhsil müəssisələrinin ən müasir texnologiyalarla təchizi gündəmdə olan məsələdir. Sərgi bu avadanlığın təchizatçı və istehsalçıları ilə tanış olmaq, onlarla əlaqə yaratmaq üçün əla imkan yaradır. Sərgidə “Lucas-Nuelle GmbH”, “NTP Centr” (Belarus), “Didactic systems” (Rusiya), “Uchtech-Profi” (Rusiya) və “El Xolding” (Özbəkistan) şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıq və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlığı, təhsil müəssisələri üçün proqram təminatı nümayiş olunur.

Bu il "Təhsil" sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək. Sərginin işgüzar proqramı çərçivəsində valideynlər və sərgi iştirakçıları, eləcə də iştirakçılar və xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlər arasında iki tərəfli görüşlər keçiriləcək. Sərginin ikinci günü “Xaricdə və ya Azərbaycanda təhsil? Hansını seçmək lazımdır?” və “Böyümək dövrləri” adlı müzakirələrdə məşhur bloggerlər, yerli və xarici nümayəndələr iştirak edəcəklər. Sərginin işgüzar proqramını “Mənim uğurumun hekayəsi” adlı tədbir yekunlaşdıracaq. Bu tədbirdə, sərgidə təqdim olunan universitetlərin məzunları öz fəaliyyətləri, təcrübələri və təhsillərində əldə etdikləri nailiyyətlər barədə ziyarətçilər ilə bölüşəcəklər.

“Xaricdə təhsil üçün sizə kömək edəcək 7 sual” və “Tələbəliyə doğru 5 addım" adlı seminarlar abituriyent və onların valideynlərində maraq doğuracaq. Sərginin bütün günləri, Rusiya universitetlərinin təqdimatı keçiriləcək. Tədbirin ikinci günündə "Rusiya Federasiyasında xarici vətəndaşların təhsil imkanları və üstünlükləri" mövzusunda seminar təşkil olunacaq.

Bundan başqa, sərgi günlərində foyedə dünyanın ən maraqlı “My Mirror” selfie-güzgüsü, həmçinin oyun zonası fəaliyyət göstərəcək.

“Education 2018” dünyanın 12 ölkəsindən 90-dan çox fakültəni təqdim edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur