ELM VƏ TƏHSİL


Ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə pilot siniflərdə monitorinqlər aparılır

Bakı, 19 may, AZƏRTAC

Ehtiyat dərsliklərin tətbiq olunduğu pilot siniflərdə Təhsil İnstitutu tərəfindən monitorinqlərə başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd respublika üzrə IV və V siniflərdə Azərbaycan dili (tədris dili və dövlət dili) və riyaziyyat, IV siniflərdə ingilis dili və VI siniflərdə təbiət fənni üzrə yeni hazırlanmış dərsliklərin istifadəsinin müşahidəsi, tədris zamanı ortaya çıxan çətinliklərin araşdırılması, pilot siniflərdə dərs deyən müəllimlərin yeni dərsliklərin məzmunu ilə bağlı irad və təkliflərin öyrənilməsi, həmin siniflərin şagirdlərinin dərslikdəki mövzuları mənimsəməsini yoxlamaqdır. Sonda monitorinqin nəticələri ehtiyat dərsliklərin təkmilləşdirilməsi məqsədilə təhlil olunacaq və müəllif komandasına göndəriləcək.

Monitorinqlər Bakı, Abşeron, Ağdaş, Mingəçevir, Gəncə, Quba, Şabran, Ağcabədi, Beyləqan, Füzuli, Astara, Daşkəsən, Şəki, Lənkəran, Masallı, İmişli, Kürdəmir, Yevlax, Ağsu və Xızının seçilmiş məktəblərini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.