DÜNYA
“Ekspo Dubay 2020”nin ərazisi yeni şəhərə çevriləcək
Qahirə, 21 iyun, AZƏRTAC
Altı ay davam edən və 192 ölkənin, o cümlədən Azərbaycanın iştirak etdiyi “Ekspo Dubay 2020” sərgisinin ərazisi yeni şəhərə çevriləcək.
AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, yeni şəhər “Expo City Dubai” adlanacaq.
Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum bildirib ki, yeni şəhərdə biznes mərkəzləri və logistika ofisləri fəaliyyət göstərəcək. Bundan başqa, “Al Vasl Plaza” sarayı, işıqlı şəlalə və bir neçə ölkənin pavilyonları da saxlanılacaq, həmçinin 24 milyon ziyarətçi qəbul edən “Ekspo Dubay 2020” sərgisinin eksponatlarından ibarət muzey və konqres-sərgi mərkəzi açılacaq.
Yeni şəhərin açılış mərasimi bu ilin oktyabrında keçiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]