ELM VƏ TƏHSİL
“Elm” qəzetinin növbəti nömrəsində
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 2019-cu il üçün növbəti nömrəsi avqustun 9-da işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin birinci səhifəsindəki “Vətənpərvərlik formulu” məqaləsi Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunub. Sonrakı səhifələrdə “Qarşılıqlı inkişafa töhfə”, “Ümumi tarixçilikdə ölkə maraqları”, “Azərbaycan müəllimlərinin I qurultayı”, “Dəryada zərrələr”, “Arxeologiyada tanınan sima” məqalələri yer alıb.
Bundan başqa, oxucular “Müşahidəçilərə mühüm dəstək”, “Günəşin axtarışında”, “Tərəqqi naminə elm dinə bənzədilməməlidir” sərlövhəli maraqlı materiallarla, eləcə də AMEA-nın institutlarının yeni nəşrləri ilə tanış ola bilərlər.