CƏMİYYƏT


Elmi-Tibbi Şuranın iclasında innovativ inkişafın dəstəklənməsi sahəsində görülən işlər müzakirə edilib

Bakı, 11 mart, AZƏRTAC

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasın gündəliyinə innovativ inkişafın dəstəklənməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr, tibb müəssisələrinin akkreditasiyası, Davamlı Tibbi Təhsilin tətbiqi, etika komitəsinin strukturu və aparıcı fəaliyyət prinsipləri və s. məsələlər daxil edilib.

İclasda səhiyyə nazirinin müavini Rahim Əliyevin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyevin və nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidovun gündəliyə daxil edilən mövzular barədə çıxışları dinlənilib.

İclasda innovativ inkişafın dəstəklənməsi sahəsində görülən işlər, tibb müəssisələrinin akkreditasiyası Elmi-Tibbi Şura tərəfindən müsbət qiymətləndirilib. Qərara alınıb ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tətbiq olunan Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönəldilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.