ELM VƏ TƏHSİL


Elmin İnkişafı Fondunun icraçı direktoru kollektivə təqdim edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 20 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin olunmuş Mehriban Natiq qızı İmanova kollektivə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva fondun yeni icraçı direktoru Mehriban İmanovanın iş təcrübəsindən danışıb.

Fərəh Əliyeva Prezident İlham Əliyevin elmə daim xüsusi önəm verdiyini diqqətə çatdırıb, Fondun yaranma tarixindən, ölkəmizdə elmin inkişafına verdiyi töhfələrdən söz açıb, tövsiyələrini verib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev fondun beynəlxalq aləmdə nailiyyətlərini vurğulayaraq, qurumun əzmkarlıqla elmimizə xidmət edəcəyinə əminliyini söyləyib, yeni icraçı direktora bu məsuliyyətli işdə uğurlar arzulayıb.

Mehriban İmanova göstərilən etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilən riyaziyyat üzrə fəlsəfə doktoru Mehriban Natiq qızı İmanova bundan öncə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.