İDMAN
Emin Cəfərov: Atıcılıq üzrə dünya çempionatında 104 ölkədən idmançılar medallar uğrunda mübarizə aparacaqlar
Bakı, 25 iyul, AZƏRTAC
Atıcılıq idman növü üzrə dünya çempionatı dörd ildən bir keçirilir. Sonuncu dəfə bu yarışa 2018-ci ildə Koreya Respublikası ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov iyulun 25-də Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.
Baş katib bildirib ki, Bakıda keçiriləcək dünya çempionatında 104 ölkədən 1260 idmançı iştirak edəcək. Yarış avqustun 14-dən sentyabrın 1-dək “Baku Crystal Hall”da təşkil olunacaq. İdmançılar 55 növdə medallar uğrunda mübarizə aparacaqlar. Onlardan 12-si fərdi növdə olacaq. Fərdi növlərdə ilk dörd yeri tutan atıcılar “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.