SİYASƏT


Enes Eminoğlu: Ölkələrimiz arasında çox güclü tarixi bağlar var

İstanbul, 17 iyun, AZƏRTAC

Bu gün İstanbulda Türkiyə-Azərbaycan-Pakistan Gənclik Forumu kimi çox mötəbər bir tədbirə ev sahibliyi edirik. Tədbir ölkələrimizin gənclərinə həsr olunub. Ölkələrimiz arasında çox güclü tarixi bağlar var. Forum çərçivəsində bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün gənclər arasında əlaqələrin bir qədər də gücləndirilməsinə töhfə verəcək məsələlər müzakirə olunur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Gənclik Vəqfinin sədri Enes Eminoğlu bildirib.

Tədbirdə Türkiyə universitetlərində fəaliyyət göstərən mütəxəssis və professorların da iştirak etdiyini bildirən Enes Eminoğlu deyib: “Çox hörmətli böyüklərimizin də fikirlərini dinləyərək gənclərimiz arasındakı mövcud münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi, yeni əlaqələrin qurulması ilə bağlı atılacaq addımlar ətrafında fikir mübadilələri aparılır. Forumun əsas məqsədi Türkiyə-Azərbaycan-Pakistan arasındakı dostluq və qardaşlığı gücləndirməklə, tarixi bağları daha da möhkəmləndirməkdir. Tədbirin nəticəsi olaraq gənclərimiz arasında ortaq platformun yaradılması da nəzərdə tutulur”.

 
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.