SİYASƏT
Erməni diversantı tutulub VİDEO
Bakı, 7 avqust (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 7-də saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun dörd üzvü məhv edilib, daha bir üzvü - Berd rayonunun Çinari kənd sakini 1989-cu il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.
Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.