Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Erməni mafiyasının səfir libaslı Troya atı

Erməni mafiyasının səfir libaslı Troya atı

Berlin, 13 yanvar, AZƏRTAC

Keçən ilin axırlarında Almaniya KİV-lərində alman detektivlərin illər boyu bu ölkədə erməni mütəşəkkil cinayətkar qruplaşmanı ovlamasının final mərhələsi barədə bir sıra məlumatlar dərc edilmişdi. Şərti adı “Qanuni oğruların ovlanması” olan izləmə və dəlillər toplanması əməliyyatı 3 il davam etmişdi. İstintaq çox ciddi məxfilik şəraitində aparılırdı. Heç bir kənar şəxs bu barədə heç nə bilmirdi.

AZƏRTAC-ın məlumatına görə, bu müddətdə müstəntiqlər erməni mənşəli cinayətkarları addım-addım izləyirdi. Polis bu cinayətkarların fəaliyyətini alman cəmiyyəti və hüquqi dövlət üçün təhlükə hesab edirdi. Şübhəli kriminal “avtoritet”lərin bütöv bir cinayət şəbəkəsinə rəhbərlik edənlərin telefon danışıqları prokurorluğun icazəsi ilə dinlənirdi. Onların fəaliyyət dairəsi təkcə Almaniya ilə məhdudlaşmırdı. Xarici müşahidə aparılır, bütün əlaqələr, bank transaksiyaları yoxlanılır, informatorlar işləyirdi.

“Şpigel” və “Velt” nəşrlərində bildirilirdi ki, ölkədəki erməni cinayətkar şəbəkəsinin üzvlərinin sərəncamında böyük maliyyə resursları var.

Məlumdur ki, erməni bandaları avtomobillərin qaçırılması, mənzil oğurluğu, pul qoparmaq, müxtəlif dələduzluq əməlləri ilə məşğul olurdu. Qaçırılmış avtomobillər Polşaya aparılır, orada sökülərək ehtiyat hissələrə çevrilir, sonra həmin hissələr yenidən Almaniyada, həmçinin Belçika və Fransada satılırdı. Erfurtda bir neçə erməni və çeçenin iştirakı ilə aparılmış bir “razborka”dan sonra hüquq mühafizəçilərinin diqqəti erməni mütəşəkkil cinayətkar qrupuna tərəf yönəldi. Zərərçəkənlər yerli polisə müraciət edəndə xəfiyyələr bütöv bir gizli şəbəkənin izinə düşdülər. Bu şəbəkənin fəaliyyət sahəsi o qədər geniş idi ki, müstəntiqlər şoka düşmüşdülər. Bu məqamda təcili istintaq qrupu yaratmaq qərara alındı. Həmin qrup erməni mütəşəkkil cinayətkar qrupunun fəaliyyətini araşdırdıqca hər dəfə yeni dərin məqamlar üzə çıxırdı.

Bu vəziyyət bir neçə il davam etdi. Lakin xəfiyyələrin çoxsaylı dəlillər toplaya bilməsinə baxmayaraq, erməni mafiyasının boslarına qarşı ittiham təqdim etmək, onları saxlamaq üçün kifayət qədər sübut yox idi. Alman detektivlər məhkəmə araşdırması zamanı çıxılmaz vəziyyətdə qalmaq istəmirdilər. Axı verdikt çıxarmaq üçün hakimlərə tutarlı sübutlar lazım idi. Dəlillər isə yalnız şərti mənada qəbul edilir. Buna görə də hüquq mühafizəçiləri riskə getmək istəmirdi. Ümidvarıq ki, bu, müvəqqəti haldır.

Lakin burada daha vacib məqam var. Məlum oldu ki, bu təhqiqat zamanı heç kəsin gözləmədiyi halda Ermənistanın AFR-dəki səfiri Aşot Smbatyan öz köməyini təklif edib. Düşünmək olardı ki, bu, alqışlanmalı addımdır, lakin qəflətən və hamı üçün, ilk növbədə, səfirin özü üçün gözlənilmədən intriqa yarandı. Alman xəfiyyələr ... onun xidmətindən imtina etdilər, çünki səfirin özünün erməni mafiyası ilə əlaqədar olması barədə ciddi şübhələr vardı.

Bu isə əsl şapalaqdır!

Üstəlik, bizim mənbəyin məlumatına görə, Almaniyadakı erməni mafiyasının həm biabır olmuş, şərti ləqəbi “Troya atı” olan səfir ilə (səfirin bu ləqəbi onunla bağlı idi ki, o, mafiyanın məxsusi agenti kimi göndərilmişdi və onun vəzifəsi öz bosları üçün məlumat toplamaqdan ibarət idi), həm də Ermənistanın dövlət strukturları ilə əlaqələri barədə müəyyən əsaslı şübhələr vardı. Bu isə, ayrıca götürülmüş bir səfirin vicdansızlığı ilə müqayisədə daha ciddi faktdır.

Erməni siyasi texnoloqları bir müddət varçapet Nikol Paşinyanı və onun komandasının imicini xilas etməklə məşğul idi. Onlar bu qalmaqalın Almaniya hüdudlarında qalmasına nail oldular, onun Ermənistan sərhədlərinə çatmasına imkan vermədilər. Lakin yaxşı deyiblər ki, cidanı çuvalda gizlətmək olmaz. Milyonlarla istifadəçi sosial şəbəkələr vasitəsilə bildi ki, Almaniyadakı erməni mütəşəkkil cinayətkar qrupunun Ermənistanın dövlət strukturları ilə əlaqələri olmasından şübhələnmək üçün alman Femidasının əlində ciddi əsaslar kar. Bu fonda “əlində şelfi ağacı tutmuş mister rukzak”ın rəhbərliyi ilə “erməni demokratik inqilabının” yüksək idealları barədə danışmağa dəyməz, çünki bu, “demokratiya” sözünü ələ salmaq olardı.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib