DÜNYA
Erməni sahibkarlar Gürcüstanla sərhəd yolunu bağlayıblar
Bakı, 28 noyabr, AZƏRTAC
Ermənistanda sükanı sağda olan minik avtomobillərinin 50 idxalçısı Gürcüstanla sərhəddə yerləşən “Baqrataşen” sərhəd-keçid məntəqəsinə gedən yolu bağlayıb.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Alaverdi-Noembryan avtomobil yolunu bağlayan etirazçılar bu ölkəyə sükanı sağda olan avtomobillərin idxalının qadağan edilməsi barədə qərarın ləğv olunmasını tələb edirlər. Bu məqsədlə sahibkarlar baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşmək istədiklərini bildiriblər.
Sükanı sağda yerləşən avtomobillərin Ermənistana idxalı cari il aprelin 1-dən qadağan olunub. Hazırda Gürcüstan-Ermənistan sərhədində 200, gürcü şəhərlərində isə erməni sahibkarlar tərəfindən satın alınmış 2500 bu cür avtomobil var. Bu avtomobillər Yaponiyadan gətirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]