ORDU
Ermənilər sutka ərzində atəşkəs rejimini 75 dəfə pozublar VİDEO
Bakı, 22 noyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.
Erməni silahlı bölmələri Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.