Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan hakimiyyəti təxribatçı həmləni dövlət sərhədindən etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindədir

Ermənistan hakimiyyəti təxribatçı həmləni dövlət sərhədindən etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətindədir

Bakı, 14 iyul, AZƏRTAC

İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi yalnız təcavüz deyil, eyni zamanda, güc tətbiqi aktı və hərbi təxribatdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O qeyd edib ki, Ermənistanın təcavüz aktı beynəlxalq hüququn bir-biri ilə üzvi surətdə bağlı olan, bir-birini şərtləndirən 4 əsas prinsipi - güc tətbiq etməmək və ya güclə hədələməmək, beynəlxalq mübahisələri dinc yolla həll etmək, sərhədlərin toxunulmazlığı, ən nəhayət, dövlətlərin ərazi bütövlüyü prinsiplərinin kobud pozuntusudur. Nəzərə alanda ki, burada sadaladığımız hər bir prinsip hüquqi normadır və deməli, özündə konkret normativ məzmun, yəni müəyyən beynəlxalq hüquqlar və müvafiq öhdəliklər ehtiva edir, Paşinyanın bu təcavüz aktı ilə Ermənistanın olan-qalan beynəlxalq imic və nüfuzunu bir daha alt-üst etməsi mübahisə doğurmur.

Onun sözlərinə görə, erməni tərəfi üçün üzdə görünən, ilkin məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Ermənilər planlaşdırılmış qəfil hücumla nəticə etibarilə Azərbaycan ordusunun 4 hərbçisinin qanına bais oldular. Azərbaycanda bununla bağlı dərhal ictimaiyyət məlumatlandırıldı, məsələni şəxsən Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva nəzarətə götürdü, hər 4 şəhid ailələrinə təhvil verildi, ən yüksək ehtiramla bütün milli-dini adətlərə riayət edilməklə torpağa tapşırıldı.

Deputat əlavə edib ki, Ermənistan müdafiə nazirliyi isə itki verilmədiyini iddia edir, baxmayaraq ki, artıq sosial şəbəkələrdə ermənilər özləri 30-dan artıq əsgərin məhv edilməsini etiraf edirlər, habelə Azərbaycan Müdafiə Nazirliyi əhəmiyyətli sayda erməni canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsinə dair təkzibolunmaz sübut – əməliyyat videogörüntüləri ortaya qoyur. Nəticə etibarilə, görünən odur ki, Paşinyan hakimiyyəti xəstə təfəkkür və ideallar naminə hətta əsgər meyitlərini belə gizləməyə, yaxud itirməyə qadir olacaq qədər şərəf və heysiyyətini itirib, bir sözlə, Ermənistana vəzifə uğrunda istənilən qədər insanı qurban verə biləcək, mənəvi deqradasiyaya uğramış və artıq dayaqlarını itirmiş hakimiyyət rəhbərlik etməkdədir. Aydındır ki, hakimiyyətə etimadının itməsi, müxalifətin vahid cəbhədə birləşməsi prosesləri fonunda Ermənistan hakimiyyəti iqtidarını qorumaq üçün əhalinin diqqətini daxili problemlərdən yayındırmaq, ölkə daxilində müşahidə olunan ciddi gərginliyi başqa istiqamətdə yönəltmək, azaltmaq məqsədilə bu təcavüz aktına cəhd edib. Paşinyanın son günlər müharibə ritorikası isə ermənilərin son döyüşlərə uzunmüddətli hazırlıqlarından xəbər verir. Lakin Paşinyanın əsas səhvi qarşısındakı əsgərin və dəfələrlə onu diplomatik arenada əzişdirməsinə baxmayaraq, rəqib komandanın gücünü yenə də hesablaya bilməməsi oldu. Nəticələr Ermənistan üçün dəhşətli olmaqla yanaşı, bir neçə maraqlı nüansı üzə çıxardı. “İlk olaraq bu təxribat onu nümayiş etdirdi ki, Azərbaycan ordusu tam komplektləşmiş, vahid komandadan idarə olunan, çevik hərəkət imkanlarına malik sözün əsl mənasında düşməni üçün dəhşət saça biləcək qüvvədir. Eyni zamanda, Azərbaycan Ordusunun əks-tədbirlərinin adekvat xarakter daşıması dövlətimizin beynəlxalq hüququn prinsiplərinə sadiqliyini, hədəf olaraq yalnız dəqiqliklə hərbi obyektlərin seçilməsi isə ordunun peşəkarlığı ilə yanaşı, beynəlxalq humanitar hüququn tələblərinə hörmətinin ifadəsidir” , - deyə Milli Məclisin deputatı vurğulayıb.

O əlavə edib ki, Ermənistan tərəfi son nəticə olaraq əks effektlə qarşılaşdıqdan sonra ümidi Azərbaycandan ərazi əldə etmək barədə dezinformasiyalar yaymaqda gördü. Təbii ki, bu hal artıq kreslosu laxlayan Paşinyan üçün yeganə çıxış imkanı idi, lakin Azərbaycan tərəfinin əsaslı arqumentləri qarşısında erməni tərəfi bu söhbəti açdığı kimi də bağlamalı oldu.

Deputat diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti təxribatçı həmləni Azərbaycanın işğal altındakı torpaqlarından yox, dövlət sərhədlərindən etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri üzrə ərazisinə Azərbaycanın təcavüzkar hücumu kimi göstərmək niyyətində idi. Lakin, əksinə, beynəlxalq ictimaiyyət üçün aydındır ki, Azərbaycanın hücum niyyəti olarsa, öncə işğal altındakı torpaqları azad edilməsinə üstünlük verər. Çünki, BMT-nin nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlətin də özünümüdafiə hüququ var və hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər. Belə olan halda Tovuz istiqamətindən hücuma keçib beynəlxalq narahatlığı üzərinə çəkmək, əlbəttə, Bakı üçün ilkin mərhələdə uğurlu variant olmazdı. Buna görə də siqaret qaçaqmalçısı Paşinyanın sərsəm planı ilk gündən iflasa uğradı.

“Bölgədə bu gün də vəziyyət gərgin olaraq qalır. Azərbaycanın müttəfiqləri birmənalı olaraq rəsmi Bakıya dəstəklərini ifadə etdilər. Ermənistanın heç bir müttəfiqindən isə səs gəlmədi. İrəvanın əsas güvənc yeri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın isə Azərbaycan istiqamətində boş bir giliz də atmayacağı hər kəsə bəllidir. Uğursuz həmlə ilə Paşinyan, eyni zamanda, hayları bu acı həqiqətlə üz-üzə qoymuş oldu. Bütün bunların, habelə Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi fonunda, qısamüddətli Paşinyan erasının sonunu görmək çətin deyil” , - deyə B. Məhərrəmov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK CANLI

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir