ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir VİDEO
Bakı, 24 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.