SİYASƏT


Ekspert: Azərbaycan regionda sülhün və davamlı inkişafın tərəfdarıdır

Bakı, 27 sentyabr, AZƏRTAC

Ermənistan tərəfi ilə 4 əsas istiqamət üzrə razılaşa bilsək, regionda davamlı sülhün təmin edilməsinə nail ola bilərik. Təəssüf ki, Ermənistan sülhün təmin olunması üçün Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə riayət etmək istəmir.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi, ekspert Mətin Məmmədli bildirib.

Ekspert qeyd edib ki, qarşı tərəfin qərəzli mövqeyi Ermənistan baş nazirinin BMT Baş assambleyasının 77-ci sessiyasında çıxışı ilə bir daha ortaya qoyuldu.

Diqqətə çatdırılıb ki, Azərbaycan öz mövqeyində qəti siyasi iradə nümayiş etdirir. Ölkəmiz regionda sülhün və davamlı inkişafın tərəfdarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.