DÜNYA
Estoniya mətbuatı: Türkiyədə meşə yanğınları zonasında olan estoniyalı turistlər üçün təhlükə yoxdur VİDEO
Tallin, 3 avqust, AZƏRTAC
Estoniyalı turistlərin sevimli istiqaməti olan Türkiyədə meşə yanğınları davam edir. Yanğın artıq ölkənin kurort şəhərlərinə yaxınlaşır.
AZƏRTAC Estoniyanın “Postimees” portalına istinadla xəbər verir ki, yanğın baş verən bölgədə Estoniyadan yüzlərlə turist var. Hələlik estoniyalı turistlərdən bu ölkənin Türkiyədəki səfirliyinə və ya Antalyadakı fəxri konsulluğuna hər hansı məlumat daxil olmayıb.
Estoniya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına əsasən, yanğın baş verən bölgə olan estoniyalı turistlərə fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı mesajlar göndərilib.
“Estravel” şirkətinin şöbə müdiri Katrin Aaslayd bildirib ki, onların şirkəti vasitəsilə Türkiyənin kurort şəhərlərində dincələn 200-ə yaxın estoniyalı üçün hər hansı təhlükə yoxdur və onlar istirahətlərini davam etdirirlər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin