CƏMİYYƏT
FHN: Binəqədi rayonunda yataqxana binasında baş verən yanğın söndürülüb
Bakı, 22 iyul, AZƏRTAC
Paytaxtın Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata əsasən, beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 22 kvadratmetr olan birotaqlı mənzil yanıb. Digər mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Xəsarət alan olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]