CƏMİYYƏT
FHN: İsmayıllıda köməkçi tikilidə baş vermiş yanğın söndürülüb
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə İsmayıllı şəhərinin Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə olunub.
İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyənləşdirilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.