CƏMİYYƏT
FHN məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğınla bağlı məlumat yayıb
Bakı, 3 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ikimərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 1020 kvadratmetr olan ikimərtəbəli, 11 otaqdan və klubdan ibarət yataqxana binasında (1933-cü ildə inşa edilib) baş verən yanğın nəticəsində dam örtüyü 500, klub isə 190 kvadratmetr sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]