CƏMİYYƏT


FHN sosial dəstək tədbirlərini davam etdirir

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN ) Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ, Xətai və Binəqədi rayonlarında yaşayan tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq yardımı və tibbi maskalar çatdırılır.

Dörd min ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran FHN əməkdaşları ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə onlarla maarifləndirici söhbətlər də aparır, sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər sanitar-gigiyenik tələblərə əməl edilməsinin vacibliyini bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.