İDMAN
FİFA PREZİDENTİ RUSİYALI HAKİMDƏN ÜZR İSTƏYİR
Blatter Almaniyada ənənəvi brifinqdə demişdir: “Mən Portuqaliya-Niderland oyununda onun hakimliyi ilə əlaqədar etdiyim iraddan təəssüflənirəm. Oyunçular sarı vərəqələrə həqiqətən layiq idilər”.
Xatırladaq ki, 1:0 hesabı ilə portuqaliyalıların xeyrinə qurtaran həmin görüşdə İvanov ümumən 16 sarı və 4 qırmızı vərəqə göstərmiş və bununla da dünya çempionatlarının antirekordunu müəyyən etmişdir. Oyundan sonra Blatter bildirmişdir ki, hakim görüşün səviyyəsinə uyğun deyildi və özü sarı vərəqəyə layiqdir.
İvanovun hakimliyindən Portuqaliya və Niderland yığmalarının məşqçiləri Luis Felipe Skolari və Marko van Basten də narazı qalmışlar.
Lakin İvanovun hakimliyinin qiymətləndirilməsində ekspertlərin rəyləri üst-üstə düşməmişdir. Çoxlarının fikrincə, rusiyalı arbitr son bir neçə ildə hakimlik üçün ən mürəkkəb görüş olan bu oyunda yüksək səviyyədə işləmişdir.