DÜNYA
FİLİPPİN HƏRBİ KONTİNGENTİNİ İRAQDAN ÇIXARMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Filippin hökuməti öz hərbi kontingentini İraqdan “mümkün qədər tez” çıxarmaq niyyətində olduğunu təsdiqləmişdir. Bunu iyulun 13-də ölkənin xarici işlər naziri xanım Deliya Dominqo-Albert bildirmişdir.
Xatırladaq ki, bazar ertəsi Qətərin “Əl-Cəzirə” telekanalı nazirin müavini Rafael Sequisin videomüraciətini vermişdir. O, müraciətində demişdir ki, Filippin hökuməti İraqda ölkə vətəndaşını girov götürmüş silahlı qruplaşmanın tələbini yerinə yetirməyə hazırdır. Belə ki, qrupun üzvləri bildirmişlər ki, Manila 51 hərbi qulluqçudan ibarət öz kontingentini İraqdan geri çağırmasa, onlar 46 yaşlı sürücü Ancelo de la Kruzu edam edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]