DÜNYA
FRANSA MƏDƏNİYYƏT NAZİRLİYİ YANINDAKI KOMİSSİYA TELEVİZİYADA SENZURA MƏHDUDİYYƏTİ QOYULMASINI TƏKLİF EDİR
Fransa Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış xüsusi ekspert komissiyası hökumətə milli televiziyada senzura məhdudiyyəti qoyulmasını - televiziya proqramlarında saat 18.30-dan 22.30-dək zorakılıq səhnələri olan filmlərin göstərilməsinin tamamilə qadağan olunmasını tövsiyə etmişdir.
Tanınmış filosof və sosioloq xanım Blandin Krijelin rəhbərlik etdiyi komissiya belə nəticəyə gəlmişdir ki, televiziya verilişləri ilə insanların, ilk növbədə gənclərin davaranışı arasında birbaşa asılılıq vardır. O, həmin saatlarda zorakılıq və pornoqrafiya səhnələrinin göstərilməsinin “tamamilə qadağan olunmasını” tələb etmişdir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Fransada elektron KİV-lərinin fəaliyyətini nizamlayan və hökumət tərəfindən yaradılmış xüsusi Ali audiovizual şura indi komissiyanın təkliflərini nəzərdən keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]