İDMAN
FUTBOL ÜZRƏ PAYTAXT BİRİNCİLİYİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin stadionunda “Neftçi” futbol klubunun keçmiş baş məşqçisi, əməkdar məşqçi Şirəli Şirəliyevin xatirəsinə həsr olunmuş paytaxt birinciliyi başa çatmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 1989-cu il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışlarda 7 komanda iştirak etmişdir. İyunun 13-də MOİK və RİOEUGİM komandaları arasında final oyunu keçirilmiş və görüşün əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatmışdır. Hakimin qapılara təyin etdiyi on bir metrlik zərbələrdən sonra oyun 3:1 hesabı ilə MOİK-in xeyrinə sona çatmışdır.
Baş idarənin təşkilatçılığı ilə böyüklər arasında keçirilən Bakı şəhər çempionatının növbəti turunun oyunları olmuşdur. Nəticələr belədir: “Spartak”-“İnam” –4:2, “İldırım” –“Ədliyyə”-1:0, “Olimpiya” -“Mehdiabad”-1:3, “Bakı Baş Təhsil İdarəsi-1”-Qaradağ Olimpiya Mərkəzi –4:1, “Bakı Baş Təhsil İdarəsi –2”-“Bayıl Rovers” –3:2.