İDMAN
F-2: “Hitech Grand Prix” komandası yeni mövsüm üçün heyətini açıqlayıb
Bakı, 18 yanvar, AZƏRTAC
Formula 2 yarışında çıxış edən “Hitech Grand Prix” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.
AZƏRTAC komandaya istinadla xəbər verir ki, “Hitech Grand Prix” “Red Bull”un gənclər proqramının üzvləri – Ayzek Hacar və Cek Krouford ilə müqavilə imzalayıb.
A.Hacar ötən mövsüm Formula 3-də 3 qələbə qazanıb və ümumi sıralamada dördüncü olub. C.Krouford da ötən mövsümü Formula 3-də keçirib. Bir qələbə qazanan pilot yarışı yeddinci pillədə başa vurub.
Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 3-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 26-da Əbu-Dabidə yekun vurulacaq. Mövsümün dördüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]