Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Feysəl əl-Şbul: Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsi barədə qərar Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzuna dəlalət edir VİDEO

Feysəl əl-Şbul: Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsi barədə qərar Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzuna dəlalət edir VİDEO

Əmman, 5 iyun (AZƏRTAC). Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsi barədə qəbul olunmuş qərar şübhəsiz ki, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzuna və üzv agentliklərin sizin ölkənizlə daha yaxından tanış olmaq istəyinə dəlalət edir.

İordaniya Haşimilər Krallığının Petra dövlət informasiya agentliyinin baş direktoru Feysəl əl-Şbul bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləmişdir.

Feysəl əl-Şbul demişdir ki, Ər-Riyadda keçirilən Konqresdə AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun növbəti Konqresin Azərbaycanda keçirilməsi barədə təklifi bütün iştirakçıların diqqətini cəlb etdi və onun təklifi səsə qoyuldu, hərçənd başqa təkliflər də var idi, ancaq hamı böyük əksəriyyət AZƏRTAC-ın rəhbərinin təklifini dəstəklədi.

Bu, onu göstərir ki, təkcə ərəb dünyasında deyil, Qərbdə də çoxları sizin ölkənizlə daha yaxından tanış olmağa çalışır. Konqresin Bakıda keçirilməsi həm də ona görə vacibdir ki, dünya dövlətləri Azərbaycan ilə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi, onun potensialı, son 20 ildə inkişafı, habelə ölkənin problemləri ilə tanış ola bilsin, - deyə Petra-nın baş direktoru vurğulamışdır.

Feysəl əl-Şbul AZƏRTAC ilə Petra arasında münasibətlərin inkişafı perspektivlərindən söhbət açaraq qeyd etmişdir ki, iki agentlik arasında əməkdaşlıq haqqında saziş 2007-ci ildə imzalanmışdır. Petra agentliyinin baş direktoru qeyd etmişdir: “Lakin məlum olduğu kimi, həmin sazişdə əməkdaşlığın bəzi çərçivələri müəyyən edilmişdir. Razılaşmaların tam həcmdə həyata keçirilməsi və əməkdaşlığımıza yeni təkan verilməsi üçün mövcud potensialdan tam istifadə etmək lazımdır. Bizim razılaşmaların tam həcmdə həyata keçirilməsi ölkələrimizin bir-birini daha yaxşı tanımasına imkan verəcəkdir. Fürsətdən istifadə edərək həmkarım Aslan Aslanovu İordaniyaya səfərə dəvət edirəm”.

Petra agentliyinin rəhbəri Azərbaycanda hər il Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini də yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu beynəlxalq tədbirdə məmnuniyyətlə iştirak edərdi, çünki bu, fikir mübadiləsi üçün yaxşı imkandır.

Feysəl əl-Şbul demişdir: “Azərbaycan ilə əməkdaşlıq bizim üçün çox böyük əhəmiyyət kəsb edir, dövlətlərimiz və rəhbərlərimiz arasında dostluq və qarşılıqlı hörmət münasibətləri mövcuddur. Xalqlarımız arasında daha sıx əlaqə yaradılması da vacibdir, bunun üçün isə daha çox informasiya, daha çox qarşılıqlı səfərlər olmalıdır. Ölkələrimiz arasında birbaşa aviasiya marşrutunun olmaması buna mane olan amillərdən biridir. Belə bir reysin açılması ölkələrimiz arasında əlaqələrin intensivliyinə kömək edərdi. Əvvəllər ola bilsin ki, daha bir maneə vardı – dil maneəsi. Lakin bu gün internetin, peyklərin geniş yayıldığı şəraitdə dil ciddi maneə deyildir, çünki bu gün İordaniyanın Petra agentliyində Azərbaycan haqqında informasiyanı ərəb və ingilis dillərində yaymaq mümkündür. AZƏRTAC da İordaniya haqqında məlumatı müxtəlif dillərdə yaya bilər. Ən başlıcası əməkdaşlıq üçün qəti iradənin olmasıdır ki, bu da vardır”.

Petra agentliyinin baş direktoru xüsusi vurğulamışdır ki, agentliklərin rəhbərləri arasında şəxsi münasibətlər çox böyük əhəmiyyət kəsb edir və əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Buna görə də biz peşəkar əlaqələri möhkəmlətməkdə maraqlıyıq.

Feysəl əl-Şbul keçən ilin noyabrında Ər-Riyadda dünyanın 70-dən çox nüfuzlu agentliyinin, informasiya alyanslarının media-strukturların rəhbərlərini, o cümlədən AZƏRTAC-ın və Petra agentliklərinin rəhbərlərinin də iştirak etdikləri Dünya Xəbər Agentliklərinin IV Konqresinin yekunlarını şərh edərək bildirmişdir ki, bu forum çox mühüm tədbir və bir sıra aktual məsələlərə dair fikir mübadiləsi üçün yaxşı bir şans idi. Orada dünyanın bütün aparıcı agentliklərinin, KİV-lərin , peyk kanallarının, qəzetlərin və informasiya yayımı ilə bağlı digər strukturların rəhbərləri iştirak edirdilər. Konqres bilavasitə yalnız xəbər agentliklərinə aid olduğuna baxmayaraq, orada müasir dövrün qlobal çağırışları da müzakirə olunmuşdur. Zənnimcə, rəqabət qabiliyyəti və rəqabət şəraitində peşəkarlıq məsələsi mühüm mövzulardan biri idi. Əminəm ki, bunlar müasir medianın ən aktual mövzularıdır, çünki yeni texnologiyalar və müasir kommunikasiya vasitələri dünyanı təkcə KİV nümayəndələri üçün deyil, hər bir insan üçün açıq etmişdir. Bu gün müasir kommunikasiya vasitələri, mobil rabitə hər bir insanın istənilən informasiyanı əldə etməsinə və dərhal yaymasına imkan verir. Daimi və fasiləsiz informasiya axını baş verir, canlı səs, təsvir, video real zaman rejimində dünyanın bütün guşələrinə çatdırılır. Lakin hər şey peşəkarlıqla və jurnalist etikası anlayışı ilə, bu xəbərləri, təsvirləri yaymağın düzgün olub-olmaması barədə biliklərlə bağlıdır. Bu gün həmin məsələlər çox aktualdır və onları başa düşmək gələcək üçün çox vacibdir.

Ər-Riyad Konqresinin mühüm nəticələrindən biri də bu olmuşdur ki, müasir media qarşısında, xüsusən dünya xəbər agentlikləri qarşısında yaranan əsas çağırışlar müəyyən edilmişdir. Feysəl əl-Şbul demişdir: “Mənim fikrimcə, Səudiyyə Konqresi həm də ona görə çox faydalı olmuşdur ki, o, KİV rəhbərlərinin bir-birini daha yaxşı tanımasına, müasir jurnalistika qarşısında duran yeni çağırışlar haqqında öz təsəvvürlərini bölüşməsinə imkan vermişdir”.

“Bu gün dövlət KİV-lərinin rolu nədən ibarətdir və gələcəkdə onların rolu artacaqdırmı” sualının cavabında Feysəl əl-Şbul qeyd etmişdir ki, hazırda müasir kommunikasiya vasitələri KİV-lərlə sıx qaynayıb qarışmışdır. Bu səbəbdən və informasiya axınının çox böyük olması ilə əlaqədar ilk dəfə olaraq rəsmi KİV-lərin aktuallığı məsələsi yaranmışdır. Onlar etibarlı, yoxlanılmış informasiyanın ən başlıca mənbələri olmalıdır. Petra agentliyinin baş direktoru demişdir: “Məsələn, Petra agentliyinin fəaliyyətinin 1-2 günlüyə dayandırılacağı halda yerli KİV-lərin etibarlı informasiyanı haradan alacağını təsəvvür etmək çətindir, çünki bu agentlik indiyə qədər İordaniyada əsas informasiya təchizatçısı olaraq qalır. Beləliklə, müasir şəraitdə cəmiyyət üçün dəqiq informasiyanın əsas mənbəyi kimi başlıca funksiyasını qoruyub saxlamaqla müasir şəraitdə öz aparıcı rolunu təmin etmək üçün bütün cəmiyyətin artan tələbatına müvafiq olaraq təqdim edilən xidmətlərin çeşidinin genişləndirilməsi zəruridir. Əvvəllər informasiya agentlikləri yalnız xəbərləri təqdim edirdisə, indi bu məhsullara analitik materiallar, jurnalist təhqiqatları, aktual şərhlər də əlavə olunmuşdur. Agentliklər vətəndaş cəmiyyətinə, siyasi partiyalara aid bütün prosesləri addım- addım izləyir, onlarla sıx əlaqəli şəkildə işləyirlər. Hər şeydən əlavə, agentlik sosial şəbəkələrdə iştirak etməli və onların bir hissəsinə çevrilməli, video və fotomateriallar təqdim etməlidir. Bu funksiyalar əvvəllər xəbər agentliklərinin vəzifələrinə daxil deyildi. Ərəb dünyasında ilk dəfə biz Petra agentliyində infoqrafika, multimedia kimi vasitələri tətbiq etmişik və bu, bizim mövqeyimizi möhkəmlədir, mühüm rolumuzu qoruyub saxlayır”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

 

Feysəl əl-Şbul: Dünya Xəbər Agentliklərinin V Konqresinin Bakıda keçirilməsi barədə qərar Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuzuna dəlalət edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb