MƏDƏNİYYƏT
“Fidan və Qoğal” uşaqları bir araya gətirəcək
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Fidan və Qoğal” adlı uşaq tamaşası təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, “YARAT Freestyle” və Bakı Uşaq Teatrının təşəbbüsü ilə nümayiş ediləcək tamaşanı balacalar Azərbaycan dilində izləyəcəklər.
5-9 yaşlı uşaqlar üçün nəzərdə tutulan səhnə əsərinin xronometrajı 50 dəqiqədir. Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanın quruluşunda hazırlanan səhnə əsərində dəcəl qızcığaz Fidana nənəsinin bişirdiyi Qoğalın başına gələn əhvalatlardan bəhs edilir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara nəsihətamiz fikirlər aşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]