İDMAN


Fikrət Sideifzadə: Ümid edirik ki, qadın şahmatçılarımız Avropa çempionatından Vətənə medalla qayıdacaqlar

Bakı, 10 oktyabr, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində keçiriləcək komandalararası Avropa çempionatında şahmatçılarımız Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova iştirak edəcək. Komandamızın üzvləri yarışa hazırlığı davam etdirirlər. Ümid edirik ki, qadın şahmatçılarımız da çempionatda uğurla çıxış edib Vətənə medalla qayıdacaqlar.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində qadın şahmatçılardan ibarət yığma komandamızın baş məşqçisi Fikrət Sideifzadə deyib.

O, qeyd edib ki, Azərbaycanın qadınlardan ibarət yığması zəif komanda deyil və Avropa çempionatının reytinq favoritlərinin sıralamasında 5-ci pillədə qərarlaşıb: Bu vaxtadək analoji yarışlarda qadınlardan ibarət yığmamız ilk onluqda yer alsa da, mükafatçılar sırasına düşə bilməyib. Millimiz yaxşı formadadır. Düşünürəm ki, budəfəki çempionatda kişi şahmatçılarımız kimi, qadın təmsilçilərimiz də fəxri kürsüyə qalxa biləcəklər.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 23-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.