MƏDƏNİYYƏT
Filarmoniyada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının yekun konserti keçiriləcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının yekun konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və “Turan” folklor ansamblı (Qazaxıstan) çıxış edəcək.
Konsert proqramına Fikrət Əmirov, Aliyə Məmmədova, Merdan Başimov (Türkmənistan), Elmira Nizamov (Tatarıstan), Mustafo Bafoyev (Özbəkistan) və Aktoty Ragimkulovanın (Qazaxıstan) əsərləri daxil edilib. Gecənin dirijoru Tatarıstandan dəvət olunmuş Ayrat Kaşayev, solisti isə Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]