İQTİSADİYYAT
“Fınca Azerbaijan” “Gələcəyimizi birlikdə quraq” adlı silsilə tədbirlər keçirmişdir
Bakı, 3 iyun (AZƏRTAC). “Fınca Azerbaijan” qeyri-bank kredit təşkilatı Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Bakı və Gəncə şəhərlərində, Ağcabədi, İsmayıllı və Goranboy rayonlarında “Gələcəyimizi birlikdə quraq” adlı silsilə tədbirlər həyata keçirmişdir.
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Fınca Azerbaijan”ın Ağcabədi filialının təşkilatçılığı ilə keçirilən tədbirdə bir ay ərzində davam edən “Ən yaxşı hekayə” və “Ən yaxşı rəsm” müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.
Bakının Binəqədi rayonundakı Zərifə Əliyeva adına parkda təşkil olunmuş tədbirdə isə uşaqların rəsm və əl işlərindən ibarət sərgi, habelə müxtəlif rəqs və musiqi nömrələri təqdim edilmişdir.
Bayram tədbirlərində iştirak edən bütün uşaqlara hədiyyələr verilmişdir.