MƏDƏNİYYƏT


Firmin Eduard Matoko: Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq VİDEO

Paris, 16 may, AZƏRTAC

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbərinə, eləcə də Azərbaycana təşkilatımız ilə yüksək səviyyəli əməkdaşlığa görə təşəkkür edirəm. Ölkənizin təşkilatımız ilə xüsusi proqramları var. Azərbaycan yüksək dairələrinin nümayəndələrini UNESCO-da qəbul etmişik.

Bu Forum vasitəsi ilə digər regionların, eləcə də ümumbəşəri irsin bir hissəsi olan Böyük Çöl dəyərlərinin da yaxından tanınmasına ümid edirik. Bu sahədə də Azərbaycanla əməkdaşlıq proqramımızın daha da genişlənəcəyinə inanırıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun mənzil-qərargahında keçirilən “Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” Beynəlxalq Forumunda iştirak edən UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko söyləyib.

Bildirib ki, UNESCO-nun Foruma ev sahibliyi etməsindən çox məmnundur. Forum böyük bir regionun sivilizasiyasına, mədəniyyətinə həsr edilib. Böyük Çölün mədəniyyət zənginliyinin araşdırılması mühüm əhəmiyyət daşıyır. UNESCO-nun da belə bir layihəsi var. Ona görə bütün türkdilli xalqların nümayəndələrini, beynəlxalq ekspertləri burada görməkdən şaddır.

F. E. Matoko Böyük Çöl mədəniyyətinin zənginliklərinin araşdırılmasına, belə bir Forumun təşkilinə verdiyi töhfələrə görə türkdilli ölkələrin UNESCO-dakı daimi nümayəndəliklərinə təşəkkürünü bildirib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.