ELM VƏ TƏHSİL


Fiziologiya İnstitutunun əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Bakı, 31 avqust, AZƏRTAC

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Respublika Talassemiya Mərkəzinin təşkil etdiyi qanvermə aksiyasında iştirak ediblər. İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarət idi.

Könüllülük əsasında keçirilən aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunaraq qan analizi götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qeyd edək ki, bu proses Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstəyin təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.