İDMAN
“Formula-1” üzrə Sinqapur Qran-prisində maraqlı hadisə baş verib
Bakı, 19 sentyabr, AZƏRTAC
“Formula-1” üzrə Sinqapur Qran-prisində maraqlı hadisə baş verib.
AZƏRTAC xəbər verir ki, yarış zamanı trassa böyük kərtənkələ çıxıb. Bu barədə “Red Bull”un pilotu Maks Ferstappen komanda ilə radio əlaqə zamanı bildirib.
“McLaren”in pilotu Fernando Alonso da sosial şəbəkədə canlıların yola çıxmasından söz açıb. O, Kanadada keçirilmiş Qran-pridə küçə itlərinin trasa çıxdığını yazıb.
Bu cür hadisələrə digər Qran-prilərdə də mütəmadi rast gəlinir. Avstriyada maral, Malayziyada ilan, Azərbaycanda keçirilmiş Avropa Qran-prisində isə pişik pilotlara mane olub. Bundan əlavə bəzi Qran-prilər zamanı da heyvanların yola çıxmaları müşahidə olunur.
Qeyd edək ki, Bakı Qran-prisi iyunun 17-19-da keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]