İDMAN
Formula E-nin cari mövsümünün yenilənmiş təqvimi açıqlanıb
Bakı, 22 aprel, AZƏRTAC
Formula E-nin təşkilatçıları cari mövsümün təqviminin yenilənmiş versiyasını təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, təqvimə Valensiya (24 aprel) və Monakoda (8 may) təsdiqlənmiş mərhələlərlə yanaşı, Meksika (19-20 iyun), Nyu-York (10-11 iyul), London, (24-25 iyul) və Berlin (14-15 avqust) mərhələlərinin hərəsində iki yarış əlavə edilib.
Daha əvvəl Mərakeşdə mayın 22-də keçirilməsi planlaşdırılan mərhələ ləğv edilib. Çilidə iyulda təşkili planlaşdırılan iki yarış isə Çin və Koreya Respublikasındakı mərhələlər kimi növbəti mövsümə təxirə salınıb. Gələn mövsüm keçiriləcək bu yarışlarda azarkeşlərin iştirakı gözlənilir.
Təqvim koronavirusla əlaqədar vəziyyətin inkişafından və ölkələr arasında müxtəlif məhdudiyyətlərin qoyulmasından asılı olaraq dəyişə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]