İDMAN


Frank Fleiçmann: atıcılıq üzrə Avropa çempionatı həqiqətən də çox yaxşı təşkil olunub

Bakı, 30 iyul, AZƏRTAC 

Bakı Atıcılıq Mərkəzi çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün bütün lazımi şərait yaradılıb. Atıcılıq üzrə Avropa çempionatı isə həqiqətən də çox yaxşı təşkil olunub.

Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 300 metr məsafədə kişilər arasında fərdi yarışlarının gümüş, komanda hesabında isə bürünc mükafatçısı almaniyalı Frank Fleiçmann AZƏRTAC-a müsahibəsində deyib.

O, bildirib ki, yarışlar çətin keçsə də, çempionatda medal qazandığı üçün çox sevinir. “Etiraf edim ki, medal qazanacağıma inanmırdım. Bu gün şans mənimlə oldu və iki medal qazandım” – deyə almaniyalı idmançı əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.