DÜNYA


Fransada ictimai nəqliyyatda maska taxmaq məcburiyyəti ləğv olunur

Paris, 12 may, AZƏRTAC

Fransada maska məcburiyyəti mayın 16-dan ləğv olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Olivye Veran bildirib. Deyib ki, COVID-19 pandemiyası ilə bağlı qəbul edilmiş maska taxmaq məcburiyyəti mayın 16-dan aradan qaldırılacaq. Artıq ictimai nəqliyyatda maska taxmaq məcburi deyil. Bununla belə, fransalı nazir pandemiyanın hələ başa çatmadığını və yeni ştammların yayılmaqda davam etdiyini diqqətə çatdıraraq, yoluxmaq təhlükəsinin hələ də mövcud olması ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Fransada mayın 11-də COVID-19-a 40 min 300 yeni yoluxma və bu xəstəlikdən 96 ölüm faktı qeydə alınıb. Ötən həftə gündəlik yoluxmaların sayı orta hesabla 37 min 637 olub.

Xəstəxanalarda olan 20 min 152 koronavirus xəstəsindən 993-ü son 24 saatda daxil olub. 94 yeni xəstənin daxil olduğu reanimasiya şöbələrində ağır xəstələrin sayı son sutkada 1364-ə çatıb. Ötən sutkada 1241 virus xəstəsi sağalaraq evə buraxılıb.

Pandemiya başlayandan bəri Fransada 27 milyon 560 min 246 milyondan çox yoluxma və 147 min 75 ölüm faktı qeydə alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.