CƏMİYYƏT
Fransada kənd təsərrüfatı sahəsində innovasiyalarla bağlı təqdimat keçirilib
Paris, 19 dekabr, AZƏRTAC
Fransa Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təşkilatçılığı ilə bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin müşavirlərinin əyalətlərə səfəri təşkil edilib. Səfər məhsulların tərkibinin proteinlə zənginləşdirilməsi istiqamətində həyata keçirilən üsullarla tanışlıq məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, Fransadakı səfirliyimizin 3-cü katibi Suliddin Məmmədovun da qoşulduğu tədbir çərçivəsində “İmprove” texniki mərkəzinə, eləcə də Terres İnovia eksperiment platformasına səfər edilib, əkinçilik və heyvandarlıq sahələrində həyata keçirilən innovasiyalarla bağlı təqdimatlar olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris