DÜNYA
Fransada polis və nümayişçilər arasında qarşıdurma olub
Paris, 9 fevral, AZƏRTAC
Fransada “Sarı jiletlər” etiraz aksiyasının 13-cü aktında polis və nümayişçilər arasında ciddi qarşıdurma olub.
AZƏRTAC xəbər verir ki, Parisdə Milli Assambleyanın qarşısında polislə qarşıdurma zamanı nümayişçilər dağıdılsa da, onlar yenidən Yelisey çölləri prospektinə gəliblər.
Ölkə üzrə etiraz aksiyalarında da polislə ciddi qarşıdurma qeydə alınıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Bordo, Lion və digər şəhərlərdə polislə qarşıdurma davam edir.
Axşam saat 17:00-a qədər polis tərəfindən 17 nəfər saxlanılıb. Ölkə üzrə nümayişçilərin sayının günorta saatlarında 12 mindən çox olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]