İDMAN
Futbol üzrə Argentina millisinə yeni baş məşqçi təyin olunub
Bakı, 2 avqust, AZƏRTAC
Argentina Futbol Federasiyası yığma komandanın yeni baş məşqçisinin adını açıqlayıb.
AZƏRTAC “goal.com” saytına istinadla xəbər verir ki, Federasiyanın açıqlamasında yeni baş məşqçinin Edqardo Bauza olduğu bildirilib.
Əlli səkkiz yaşlı E.Bauza ötən ilin dekabrında “San Paulo” klubunun baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Argentina Futbol Federasiyasından gələn təklifi qəbul edən E.Bauza “San Paulo”dan ayrılıb. Argentinalı mütəxəssis 2008-ci ildə “LDU Quito”, 2014-cü ildə isə “San Lorenzo” klubları ilə Libertadores kubokuna sahib olub.
Argentina yığmasının sabiq məşqçisi Gerardo Martino komandası futbol üzrə Amerika kubokunun (Kopa Amerika) finalında Çiliyə məğlub olduqdan sonra istefa vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]