İDMAN
Futbol üzrə Azərbaycan və Slovakiya millilərinin start heyətləri açıqlanıb
Bakı, 11 iyun, AZƏRTAC
“Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da qarşılaşacaq futbol üzrə Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, millimizin start heyətində Səlahət Ağayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Qara Qarayev, Riçard Almeyda, Rəşad Eyyubov, Ramil Şeydayev, Araz Abdullayev və Ağabala Ramazanov yer alıblar.
Slovakiya seçməsinin heyətində isə meydana Martin Dubravka, Peter Pekarik, Denis Vavro, Albert Ruşnak, Robert Bojenik, Milan Şkriniar, David Hançko, Marek Hamşik, Yuray Kuçka, Robert Mak və Stanislav Lobotka çıxacaqlar.
Matçı şotlandiyalı Con Bitonun rəhbərliyi ilə hakimlər briqadası idarə edəcək. Bu, yığmamızın “E” qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub (1:2), ikinci görüşdə isə Bakıda Macarıstana məğlub olub - 1:3.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.