REGİONLAR
Füzulidə darı biçini davam edir
Füzuli, 8 sentyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda bu il taxıl biçini başa çatandan sonra təkrar əkin olaraq 127,8 hektarda darı bitkisi becərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda fermerlər və torpaq mülkiyyətçiləri darı biçinini davam etdirirlər. Sahələrin hər hektarından orta hesabla 20 sentnerə yaxın məhsul götürülür.
Qeyd edək ki, vegetasiya dövrü 45-50 gün olan darı bitkisi heyvandarlıq üçün yem istehsalının artırılmasında mühüm rol oynayır. Dəninin tərkibində təxminən 11,3 faiz zülal, 81 faiz nişasta, 1,7 faiz şəkər, 3,8 faiz yağ, 1 faiz sellüloz var. Əsasən heyvandarlıqda yem kimi istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]