SİYASƏT
GƏNCLƏRƏ QAYĞI GƏLƏCƏYİMİZƏ QAYĞIDIR
SAATLI RAYON GƏNCLƏRİ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ ÜNVANLADIQLARI MÜRACİƏTDƏ BU QAYĞIYA ƏMƏLİ İŞLƏRLƏ CAVAB VERƏCƏKLƏRİNİ BƏYAN EDİRLƏR
Möhtərəm cənab Prezident!
Ölkəmizə rəhbərlik etdiyiniz bütün dövrlərdə vətənimizin inkişafı üçün gördüyünüz işlərin ölçüyəgəlməzliyinə və çoxluğuna baxmayaraq, Siz gənclərə diqqət və qayğınızı heç zaman əsirgəməmisiniz.
Gənclərin nəinki respublikamızda, hətta onun hüdudlarından kənarda təhsil almasına, hərb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına, Azərbaycanımız üçün layiqli övladlar yetişməsinə, onların fiziki cəhətdən sağlam böyüməsinə yaratdığınız şərait, etdiyiniz himayədarlıq Saatlı rayonu gənclərini də sevindirir, bundan fərəh hissi duyuruq.
Sizə daim dərin hörmət və inamını bildirən Saatlı rayon gəncləri son zamanlar bəzi müxalifət qəzetlərinin və bədnam, amalsız “Amal”çıların qərəzli yazı və bəyanatlarını qətiyyətlə pisləyir, dövlətçiliyimiz yolunda bu cür halların yolverilməz olduğunu bəyan edirlər.
Saatlı rayon gəncləri Sizi əmin edirlər ki, müstəqilliyimiz, dövlətçiliymiz, gələcəyimiz üçün daha səylə çalışacaq, bədnam və nankor niyyətli şəxslərin belə əməllərini daim pisləyəcəklər.
Saatlı rayon gəncləri Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayır və qarşıdan gələn prezident seçkilərində Sizi Prezident görmək istədiklərini bir daha bəyan edirlər.
Müraciət Saatlı rayon gəncləri nümayəndələrinin toplantısında qəbul edilmişdir.