GÖMRÜK NƏZARƏTİNDƏN YAYINA BİLMƏDİLƏR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Yalama” gömrüyünün əməkdaşları Sankt-Peterburq-Bakı qatarının sərnişini Alik Teymurxanlının əl yüklərinə baxış zamanı nəzarətdən gizlədilmiş 5 kiloqram barıt aşkarlayaraq götürmüşlər.
Astara gömrükçüləri isə İran vətəndaşı Bəşiri Samyarın idarə etdiyi “Skaniya” markalı maşının gizli saxlanc yerindən xeyli miqdarda kosmetika malları müsadirə etmişlər.