DÜNYA
GÜRCÜSTANDA MİLLİ VALYUTA İLƏ MÜQAYİSƏDƏ DOLLARIN MƏZƏNNƏSİ DÜŞÜR, MƏHSULUN QİYMƏTİ İSƏ QALXIR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, son bir ay ərzində Gürcüstanda milli valyuta - lari ilə müqayisədə ABŞ dollarının məzənnəsi düşmüş və hazırda əvvəlki 2 lari 2 tetri əvəzinə 1,8 lariyə bərabərdir. İqtisadçıların fikrincə, bu proses ölkə parlamentinə seçkilər keçirilənədək – martın 28-dək davam edəcəkdir.
Ekspert Roman Qosiridze bildirmişdir ki, bütün normal iqtisadiyyatlı ölkələrdə dolların məzənnəsi düşdükcə, məhsul da ucuzlaşır, Gürcüstanda isə əksinə, ərzaq və sənaye məhsullarının qiyməti son bir ayda xeyli artmışdır. Bunu gömrükdə qayda-qanun yaradılması və nəzarətin gücləndirilməsi ilə əsaslandıran ekspert hökumətin yaxın günlərdə vəziyyəti nizama salmaq üçün müvafiq tədbirlər görəcəyinə əmin olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]