DÜNYA
GÜRCÜSTANIN DAXİLİ İŞLƏR NAZİRİ SXİNVALİYƏ 48 SAAT VAXT VERİB
Son vaxtlar Gürcüstan iqtidarı ilə Sxinvali arasında gərginlik artmışdır. Osetinlər gürcülərin buraya hücum edəcəyini söyləyir və bunun qarşısını almaq üçün hazırlıq işləri görür, tez-tez hərbi təlimlər keçirirlər. Gürcüstan iqtidarının bildirdiyinə görə, həmin təlimlər Cənubi Osetiyanın gürcü kəndlərində vahimə yaratmışdır. Son təlim zamanı bölgənin gürcülər yaşayan Eredvi kənd sakini 70 yaşlı Tamar Qambaşidze başından yaralanmışdır.
Hadisə ilə bağlı Gürcüstan daxili işlər naziri İrakli Okruaşvili mətbuat konfransı keçirmiş və 48 saat ərzində osetinlərin müqəssiri tutub Gürcüstanın hüquq mühafizəçilərinə verməyəcəyi təqdirdə Sxinvalidə xüsusi əməliyyat keçirəcəyini bildirmişdir. Nazir əməliyyata bilavasitə özünün rəhbərlik edəcəyini, nəyin bahasına olursa-olsun müqəssirləri cəzalandıracağını vurğulamışdır. İ.Okruaşvilinin ultimatumunun vaxtı iyunun 24-də saat 12-də başa çatır.