REGİONLAR
Gədəbəydə giləmeyvə emalı və müalicəvi bitkilərin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir
Gədəbəy, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC
Ötən il respublikamızın ucqar dağ rayonu olan Gədəbəyin sənaye potensialına uyğun olaraq Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləməsi nəzərdə tutulan süfrə suları və Zəhmətkənddə gündəlik istehsal gücü 1100 kubmetr olan, 14 nəfərin işləməsi nəzərdə tutulan beton istehsalı müəssisəsi yaradılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, habelə Əlinağılar kəndində “Turşsu” istirahət mərkəzi fəaliyyətə başlayıb.
Hazırda Poladlı kəndində illik istehsal gücü 100 ton qurudulmuş meyvə, 1 ton müalicəvi bitki olan qurudulmuş meyvə, giləmeyvə emalı və müalicəvi bitkilərin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir.