DÜNYA
Gələn il İtaliyada korporativ verginin dərəcəsi azaldılacaq
Bakı, 5 noyabr, AZƏRTAC
2017-ci ildə İtaliyada korporativ verginin dərəcəsi azaldılacaq.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, hazırda İtaliyada korporativ verginin dərəcəsi 27,5 faiz təşkil edir. Bu da qeyri-səmərəli vergi dərəcəsi kimi qiymətləndirilir. Beynəlxalq miqyasda rəqabətədavamlı səviyyəyə nail olmaq üçün gələn ildən bu verginin dərəcəsi 24 faizədək azalacaq.
Ekspertlərin qiymətləndirməsinə əsasən, bu addımın atılması İtaliya büdcəsinə 15 milyard avroya başa gələ bilər. Korporativ verginin dərəcəsinin aşağı salınmasından əlavə, hökumət digər islahatları da həyata keçirməyi planlaşdırıb.
Nəzərdə tutulan islahatların arasında gəlirlər barədə məlumatların könüllü açıqlanması proqramının bərpa edilməsi də var. Bu proqram sayəsində İtaliya büdcəsinə 2,6 milyard avro əlavə vəsait daxil olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]